Türkiyənin Antalya vilayətində 4,2 bal maqnitudada zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:38-də (Bakı vaxtı ilə saat 14:38) Kaş rayonunda qeydə alınıb. Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat yoxdur.