Ötən ay Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədəTürkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Məlumata görə, ölkədə illik inflyasiya fevral ayında 67,07% təşkil edib. Hesabat dövründə Türkiyədə aylıq inflyasiya 3,16% artıb.

Qeyd olunub ki, mart ayında qeydə alınan inflyasiya ötən ilin iyun ayından bəri ən yüksək göstəricidir.

 

Gözəl Həşimova