Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber arasında danışıqlar başlayıb.

İqtisadiyyat.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Görüşün əvvəlində Putin Moskva ilə Tehran arasında münasibətlərin dostluq və konstruktiv xarakterini qeyd edib, həmçinin onların gələcəkdə möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Moxber, öz növbəsində, Putini əmin edib ki, ölkədə keçiriləcək prezident seçkilərindən sonra Rusiya ilə İran arasında əlaqələr zəifləməyəcək və dəyişməyəcək.

 

Sadiq Cavadov