Finlandiya sentyabrın 1-dən ölkəyə girişlə bağlı bir sıra hüquqi tənzimləmələri sərtləşdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq dəyişikliklər Finlandiya hökuməti tərəfindən təsdiqlənib.

Ölkə prezidenti iyulun 5-də bu müddəaları rəsmən təsdiq edəcək.

Bildirilib ki, yeni “Əcnəbilər Qanun”u yalan məlumat vermək, qeyri-qanuni qalmaq, Finlandiyada qeyri-qanuni işləmək və evlilik razılaşmasını müəyyən edəcək.

Sığınacaq axtaran şəxslər üçün yaşayış icazəsinin alınması, o cümlədən onların şəxsiyyətinin təsdiqi proseduru xeyli sərtləşdiriləcək. Qaçqınlar, məsələn, işə düzəlməklə ölkədə qalmağın hüquqi əsaslarını dəyişə bilməyəcəklər.

 

Gözəl Həşimova