Polşa 2025-ci ildən müdafiə xərclərini 10% artıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış “RAR” agentliyinə bildirib.
“Biz bu ilin büdcəsindən müdafiə xərclərini ən azı 10% artırmağı planlaşdırırıq”, - deyə o bildirib.
Polşa Prezidenti Andjey Duda tərəfindən təsdiqlənən 2024-cü il dövlət büdcəsində müdafiə xərcləri 118 milyard zloti (29,4 milyard dollar) məbləğində nəzərdə tutulub ki, bu da ÜDM-in 3,1%-ni təşkil edir.
Sadiq Cavadov