Türkiyənin Kocaeli vilayətində FETÖ istintaqı çərçivəsində barəsində həbs qərarı çıxarılan və 4 ildir axtarışda olan mayor polisin keçirdiyi əməliyyatla yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Kocaeli Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi qrupları, FETÖ üzvü olduğu səbəbilə Kocaeli 2-ci Sülh Cəza Hakimliyi tərəfindən həbs qərarı çıxarılan keçmiş baş qərargah mayorunun tutulması üçün əməliyyat başladıb.

Qruplar Gölcük Dəniz Komandanlığından qovulduğu öyrənilən və 4 ildir qaçan mayorun ünvanını müəyyən edib. Onun Gölcük rayonunda gizləndiyi evində əməliyyat keçirilib.

Nəzarətə alınan fərari FETÖ-çü məhkəmənin qərarı ilə həbs edilib.