"Qabonda sülh və sabitliyin bərpa olunmasını arzulayırıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Biz Qabonda baş verənləri diqqətlə izləyirik. Ölkədə sülh və sabitliyin bərpa olunmasını arzu edirik", - Türkiyə XİN qeyd edib.

Bundan əvvəl Mərkəzi Afrika ölkəsi Qabonda səhər saatlarında milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb.

Əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bəyan ediblər.

Qeyd edək ki, hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlmişdi.