"Bəzi ölkələrin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardımlarını dayandırmasından narahatıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Bəzi ölkələrin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardımlarını dayandırmasından narahatıq.

UNRWA son dərəcə çətin şərtlər altında milyonlarla fələstinli qaçqının həyati ehtiyaclarını qarşılayır. Oktyabrın 7-dən Qəzzada UNRWA-nın 150-dən çox əməkdaşı İsrail tərəfindən öldürülüb.

UNRWA-nın bir neçə üzvünə qarşı irəli sürülən müəyyən iddialara görə yardımın dayandırılması ilk növbədə Fələstin xalqına zərər verəcək.

Bu baxımdan ümid edirik ki, UNRWA-ya yardımı kəsdiklərini elan edən ölkələr öz qərarlarına yenidən baxacaqlar".