Türkiyə və Rusiya Xarici İşlər Nazirliyi rəhbərlərinin arasında telefon danışığı olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Məlumata görə, Lavrov və Fidan müxtəlif səviyyələrdə qarşıdakı təmasların cədvəlini müzakirə ediblər. Tərəflər həmçinin Cənubi Qafqazdakı vəziyyəti və "3+3" formatında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.