Türkiyə və Qırğızıstanın xarici işlər nazirləri Hakan Fidan və Jeenbek Kulubayev Bişkekdə keçirilən danışıqlarda Ukrayna münaqişəsinin həlli və taxıl sazişinin bərpası imkanlarını müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyəli nazir görüşdən sonra jurnalistlərə açıqlama verib.

“Rusiya ilə Ukrayna arasındakı münaqişəni, eləcə də Türkiyənin Qara dəniz hövzəsindəki ən böyük ölkələrdən biri kimi bunu həll etmək və taxıl müqaviləsini bərpa etmək üçün fikir mübadiləsi apardıq”, - deyə Fidan bildirib.

 

Gözəl Həşimova