"Türkiyə hakimiyyəti Ukrayna limanlarından maneəsiz taxıl tədarükünü bərpa etmək üçün təşəbbüslər göstərməkdə davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Səmərqənddə keçirilən Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib.

Onun sözlərinə görə, diplomatik iş sayəsində Ukrayna limanlarından milyonlarla ton taxıl və ərzaq məhsulları dünya bazarlarına çıxarılıb:

"Türkiyə Prezident Tayyib Ərdoğanın rəhbərliyi altında BMT ilə əməkdaşlıq çərçivəsində Taxıl Dəhlizi Sazişinin imzalanması və həyata keçirilməsi istiqamətində mühüm diplomatik işlər görülüb. Bu səylər nəticəsində milyonlarla ton taxıl və ərzaq məhsulları Ukrayna limanlarından dünya bazarlarına çatdırılır”.

 

Gözəl Həşimova