Türkiyənin turizm gəliri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artaraq 20 milyard 225 milyon 317 min dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) bu ilin iyul-sentyabr ayları üzrə turizm statistikasını açıqlayıb.

Ziyarətlərin əksəriyyəti görməli yerləri gəzmək, əyləncə, idman və mədəni məqsədlər üçün edilib. Turizm gəlirlərinin 16,5%-i xaricdə yaşayan, Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.

Ziyarətçilər səyahətlərini şəxsi və ya paket turla təşkil ediblər.

 

Gözəl Həşimova