"Sudanda təhlükəsizlik vəziyyətinin pisləşməsi təəssüf doğurur. Mövcud şəraitdə və mümkün imkanlar qarşısında vətəndaşlarımıza mütləq vacib hallar istisna olmaqla, Sudana səyahətdən çəkinmələri tövsiyə olunur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi vətəndaşlarına xəbərdarlıq edib.

"Hazırda Sudanda olan vətəndaşlarımızın Nazirliyimiz və Xartum Səfirliyimiz tərəfindən edilə biləcək əlavə xəbərdarlıq və elanlarına əməl etməyə davam etmələri və şəxsi təhlükəsizlikləri üçün lazımi tədbirləri görmələri vacibdir.

Hazırda Port Sudanda fəaliyyət göstərən Xartumdakı səfirliyimizlə +249 90 094 2738 nömrəli təcili yardım xətti və embasy.khartoum@mfa.gov.tr ​​elektron poçt ünvanı ilə əlaqə saxlaya və ya +90 312 292 29 29  telefon nömrəsi ilə Nazirliyimizin Konsulluq Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz", - Türkiyə XİN qeyd edib.