"Türkiyə bazar günü Qəzza zolağında olan 140-dan çox vətəndaşını və qohumlarını təxliyə etməyi gözləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keceli məlumat verib.

"Dünəndən Qəzzadan vətəndaşlarımızın təxliyyəsi bərpa olunub. Dünən gecə 142 vətəndaşımız yaxınları ilə birlikdə Misirə doğru hərəkət edib. Bu qrupun bazar günü Türkiyəyə gəlməsi gözlənilir", - diplomat bildirib.

Türkiyə rəsmiləri daha əvvəl məlumat verib ki, vətəndaşların, eləcə də tibbi yardıma ehtiyacı olan fələstinlilərin Qəzzadan çıxarılması prosesi Misir və İsraillə koordinasiya əsasında aparılır. Bu günə kimi həm ölkə vətəndaşları, həm də Şimali Kipr Türk Respublikasının sakinləri, eləcə də Fələstin anklavındakı xəstəxanalardan xəstələr onları müşayiət edən şəxslərlə birlikdə Türkiyəyə çatdırılıb. Bunlar əsasən xərçəng xəstələri, uşaqlar və yeniyetmələrdir.