Türkiyə Ordusunun zabiti, baş çavuş Buğra Çalqay şəhid olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, o, "Pence-Kilit" əməliyyatı bölgəsində avtomobil qəzası nəticəsində şəhid olub.

Nazirlikdən verilən açıqlamada aşağıdakı sözlər qeyd edilib:

"Pence-Kilit" əməliyyatı bölgəsində 29 avqust 2023-cü ildə qəhrəman silahdaşımız baş çavuş Buğra Çalqay avtomobil qəzası nəticəsində ağır yaralanıb. Dərhal xəstəxanaya aparılıb. Edilən bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və şəhid olub.Bu hadisədə həyatını itirən əziz şəhidimizə Allah rəhmət eləsin, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik".