Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Pence-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurma zamanı Uğur Özdemir şəhid olub.

Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyə Silahlı Qüvvələri daha iki şəhid vermişdi.

***20:45

"Pencə-Kilit" əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində Türkiyə Ordusunun 2 əsgəri şəhid olub, 3 əsgər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir:

“09 avqust 2023-cü il tarixində "Pence-Kilit" əməliyyatı bölgəsində BTÖ üzvləri tərəfindən açılan atəşdən sonra qəhrəman döyüş yoldaşlarımız P.L.T.Fatih Uğur Altınbaş və çavuş Kamal Özek şəhid oldu, 3 qəhrəman yoldaşımız yaralandı. Yaralı qəhrəmanlarımız dərhal müalicə üçün xəstəxanaya sövq edildi. Bölgədə əməliyyatlar davam edir.

Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr, yaralılarımıza isə tezliklə şəfa diləyirik”.