Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 250 baza bəndi artıraraq 45%-ə çatdıra bilər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Siyasəti Komitəsinin məlumatında deyilir.
Məlumata görə, yanvarın 25-də keçiriləcək bankın ilk iclasında uçot dərəcəsi artırıla bilər. Bildirilib ki, ötən ilin dekabrında qurum uçot dərəcəsini 40%-dən 42,5%-ə yüksəldib.
Analitiklərin fikrincə, Türkiyə Mərkəzi Bankının bu ilin ilk üç ayı ərzində əsas faiz dərəcəsi 45% olacaq.
Gözəl Həşimova