Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyəyə gedir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bu gün və sabah Verşinin və xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında məsləhətləşmələr aparacağı bildirilib.

İstanbulda keçiriləcək görüş çərçivəsində Suriya, Liviya və Fələstin kimi regional məsələlərin, həmçinin Birləşmiş Millətlər Təşkilatının Taxıl Sazişinin icrası kimi məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Məhəbbət Məmmədov