Türkiyənin sentyabr ayında neft və neft məhsulları idxalı avqust ayı ilə müqayisədə 0,31% artaraq 4 milyon 362 min 4 tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarını Tənzimləmə Qurumunun sentyabr ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Türkiyənin ümumi neft idxalı 0,76% azalaraq 2 milyon 961 min 661 tona enib.

Hesabat dövründə ölkə xam neft və neft məhsullarını ən çox Rusiyadan (1 milyon 815 min 282 ton),  İraqdan (1 milyon 140 min 87 ton) və Qazaxıstandan (745 min 236 ton) edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyəyə neft ixracının dəyəri 633,3 milyon dollar, həcmi isə 1,1 milyard ton təşkil edib.

 

Gözəl Həşimova