"TuranBank" onlayn satış üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı /baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Şəhər: Sumqayıt, Xaçmaz, Ağcabədi, Tovuz, Qazax

Vəzifəyə olan tələblər:

Ali təhsil;
Yaş həddi: 21-30
Problemi həll etmək bacarığı;
Təqdimat bacarığı;
Satış bacarığı;
Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik;
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;

Vəzifə öhdəlikləri:

Qoyulmuş satış hədəflərinin icrası;
Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
Müştərinin maliyyə analizini həyata keçirmək;
Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Komanda ilə işləmək bacarığı;

Bu iş sizə nə qazandıracaq:

Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Satış həcminə uyğun əmək haqqına əlavə bonus;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Birbaşa satış üzrə mütəxəssis/kiçik mütəxəssis” yazmağı unutmayın.