Çin və ABŞ beynəlxalq koordinasiyanı gücləndirməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin prezidenti Si Tsinpin ABŞ prezidenti Co Baydenlə telefon danışığında deyib.

"Hər iki tərəf qarşılıqlı hörmətə əsaslanan dialoqu gücləndirməli, fikir ayrılıqlarını ağıllı şəkildə həll etməli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməli və beynəlxalq koordinasiyanı məsuliyyətlə gücləndirməlidir", - Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.

Çin Xalq Respublikasının sədri vurğulayıb ki, iki qlobal güc kimi Çin və ABŞ mübadilə və işgüzar əlaqələri dayandıra bilməz, hətta aralarında münaqişə və ya qarşıdurma qəbuledilməzdir. O, həmçinin Vaşinqtonu sülh şəraitində birgə yaşamağa və qarşılıqlı faydalı nəticələr əldə etmək üçün əməkdaşlıq etməyə çağırıb.