"ABŞ-nin hazırkı lideri Co Bayden prezident seçkilərindən əvvəl III Dünya Müharibəsini başlada və ABŞ-ni məhv edə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Bayden 10 ay ərzində ABŞ-ni tamamilə məhv edə bilər:

"Mən prezident olsaydım Ukrayna və Yaxın Şərqdə baş verən münaqişələrə imkan verməzdim. Çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağımı bilirəm. Buna görə də ABŞ-ni xilas etməyə qadir olan yeganə namizədəm".

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.

 

Gözəl Həşimova