Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" və onun törəmə şirkətləri "Daihatsu" və "Hino" ötən il dünya üzrə 11,23 milyon avtomobil, yük maşını və avtobus satıb. Bu da korporasiyanın tarixindəki rekord göstəricidir.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə satış 7,2% artıb.

"Toyota Motor" dünya üzrə 10,3 milyon avtomobil sataraq, Almaniya şirkəti "Volkswagen"i dördüncü dəfə üstələyib.

 

Əli Ağayev