Amerikanın "Tesla" korporasiyası ən ucuz elektrikli avtomobilini satışdan çıxarıb. 

İqtisadiyyat.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, şirkətin "Model 3 Standard Range" avtomobili "Tesla"nın saytından çıxarılıb.

Elektromobil 39 min dollar dəyərində qiymətləndirilir. Bu, markanın ən ucuz elektrikli avtomobili olub.

Şirkət onu satışdan çıxardıqdan sonra ən sərfəli avtomobil 42,5 min dollar olan "Model 3 Long Range Rear-Wheel-Drive" olub.

 

Gözəl Həşimova