Tərtər-Goranboy yolunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Seydimli kəndi ərazisində baş verib.

2000-ci il təvəllüdlü Məmmədov Bəhruz Mənaf oğlu idarə etdiyi "Toyota- Prius" markalı avtomobil ilə hərəkətdə olarkən idarə etməni itirərərək yol qəzası törədib.

O, nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.