Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş Tehranda "3+3" formatı çərçivəsində baş tutub.

Görüşdə müzakirə olunan məsələlər barədə təfərrüatlar açıqlanmayıb.