TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC xidməti minik avtomobil alır.

İqtisadiyyat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, şirkət “Auto Azərbaycan” MMC ilə xidməti müqavilə imzalayıb.

Xidməti avtomobil ilə bağlı MMC-yə 84 min 900 manat ödəniş ediləcək.

Qeyd edək ki, “Auto Azərbaycan” MMC ölkəmizdə “Hyundai” avtomobil markasının rəsmi distribütorudur.