Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən qərarla Türkiyə ordusunun Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TBMM sənəd qəbul edib.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.