Çin ilə suverenlik münaqişəsində olan Tayvan dövlət qurumları və dövlət idarələri tərəfindən ayrılmış telefonlarda Çin əsaslı sosial media platforması TikTok və digər materik sosial media proqramlarından istifadəni qadağan edib.


İqtisadiyyat.az xəbər verirki, Tayvan xəbər agentliyi CNA-nın məlumatına görə, Rəqəmsal İşlər Nazirliyinin rəsmiləri bəzi tətbiqlərin milli informasiya təhlükəsizliyinə təhdid yaratdığı səbəbiylə məhdudlaşdırıldığını açıqlayıb.

Oktyabr ayında Hökumət Qurumlarında İnformasiya Təhlükəsizliyinə Zərərli Məhsulların İstifadəsinin Məhdudlaşdırılması Prinsipləri haqqında Əsasnaməyə edilən düzəlişlə, tədbirin materik Çində hazırlanmış bütün proqram təminatına qoyulan qadağa çərçivəsində görüldüyü açıqlanıb.