Bu gün Musavat.com saytının "Facebook" və "Youtube" platformalarında həyata keçirdiyi canlı yayında kənd təsərrüfatındakı vəziyyət, fermerlərin durumu, sahələrdə 10-15 qəpiyə satılan aqrar məhsulların bazarda 1 manata alıcıya təklif edilməsi problemi, fermerin bazara çıxış imkanları, süni qiymət artımı və sair məsələlər müzakirə edilir.

Saat 16.00-də başlanacaq və iqtisadçı ekspert Nicat Nəsirlinin iştirakı ilə baş tutacaq bu müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün musavat.com -un "Facebook", ya da "Youtube" səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.