Sumqayıtda tanınmış baş həkim vəzifəsindən azad edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, TƏBİB-in tabeliyində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi, Əməkdar həkim Mehparə Cavadova vəzifəsindən azad olunub.