Taliban hərəkatı ABŞ-ni Əfqanıstanın hava məkanını pozmaqda ittiham edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu şənbə günü radikalların formalaşdırdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zabihullah Mücahid deyib.

O qeyd edib ki, Amerika PUA-ları Qəndəhar və Nimroz əyalətlərində patrul edir. "TOLOnews" telekanalı Mücahiddən sitat gətirib : "Bu təyyarələr şübhəsiz ki, ABŞ-yə məxsusdur, bəzi qonşu ölkələrin hava məkanını keçərək Əfqanıstana uçur" .

Taliban hökumətinin sözçüsü qeyd edib ki, Əfqanıstanla qonşu olan ölkələr Amerika PUA-larının öz hava məkanında uçmasına icazə verməməlidir.

Martın 6-da Taliban hərəkatının yaratdığı Əfqanıstan ordusunun Baş Qərargah rəisi Qari Fəsihəddin Fitrət ölkənin hava məkanının hələ də ABŞ-ın nəzarətində olduğunu, Amerikanın PUA-larının onun ərazisi üzərində uçuşlar etdiyini bildirib.