Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın nəticəsində həyətdəki avtomobil yararsız vəziyyətə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1948-ci il təvəllüdlü Məmmədov Aslan İsmayıl oğluna məxsus ümumi sahəsi 66 kv.metr olan fərdi yaşayış evinin talvarı yanıb. Yanğın nəticəsində həyətdə olan "Kia" markalı avtomoil tam yanıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.