Sumqayıtda zəhərlənmə hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı və övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.

Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.