Sumqayıt şəhərində 23 yaşlı oğlan lezva ilə qollarını doğrayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Bünyətov Bəhram Elşən oğlu naməlum səbəbdən lezva ilə hər 2 qolunu kəsərək intihara cəhd edib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.