Sumqayıtda 17 yaşlı qız dəm qazından zəhərlənib

İqtisadiyyat.az xəbər verir ki, hadisə 8-ci mikrorayonda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü İsmayılova Selcan Füzuli qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır