Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 9 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.