“Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin layihəsi ilə bağlı hələ razılıq əldə edilməyib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müqavilə layihəsi üzərində işlər davam edir.

"Bununla belə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hazır deyil”,- Paşinyan vurğulayıb.