Sudandakı münaqişələr səbəbindən 4 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

Sudanın paytaxtı Xartumun müxtəlif bölgələrində ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurma səbəbindən aprelin 15-dən bəri 4 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Bildirilir ki, 700 mindən çox insan isə qonşu ölkələrə qaçıb.

 

Gözəl Həşimova