NATO ölkələri alyansın Ukrayna üçün silah təchizatı və hərbi təlimlərdə rolunu artırmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər idarələri rəhbərlərinin görüşünün birinci günündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün müttəfiqlər Ukraynaya təhlükəsizlik və təlim yardımının göstərilməsinin əlaqələndirilməsində NATO-nun rolunun genişləndirilməsi planları üzrə irəliləməyə razılaşıblar. Təfərrüatlar yaxın həftələrdə formalaşacaq", - Stoltenberq qeyd edib.

Bununla yanaşı, Stoltenberq növbəti 5 il ərzində Ukraynaya hərbi təchizat fondunun həcminin 100 milyard dollar olması lazım olduğunu təsdiqləməyib.