"Şimali Atlantika Alyansı (NATO) regional olaraq qalacaq və Asiyaya genişlənmək niyyətində deyil. Lakin NATO regionda baş verənlərə cavab verməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"NATO transatlantik alyansdır, biz regional ittifaq olaraq qalacağıq. Lakin transatlantik məkan təhdidlərlə üz-üzədir, təhlükəsizlik regional deyil, təhlükəsizlik qlobaldır. Asiyada baş verənlər Avropa üçün önəmlidir”, - deyə o, bildirib.

 

Gözəl Həşimova