"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləyib və kredit reytinqinin proqnozunu "stabil"dən "müsbət"ə dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, siyasətçilər iqtisadiyyatın inkişafında irəliləyiş əldə ediblər. Bildirilib ki, Türkiyə Mərkəzi Bankı azalan xalis valyuta ehtiyatını yavaş-yavaş bərpa edir.

Agentliyin açıqlamasına görə, ölkənin tədiyyə balansı daha da yaxşılaşarsa, valyuta ehtiyatları sürətlə artacaq.

 

Gözəl Həşimova