Almaniya kansleri Olaf Şolts bir daha İsraillə həmrək olduğunu bildirib və qeyd edib ki, sözügedən dövlət HƏMAS hərəkatı ilə qarşıdurmada qələbə qazanmaq hüququna malik olmalıdır. 

İqtisadiyyat.az xəbər verir ki, kansler bu barədə hökumətlərarası məsləhətləşmələrdən sonra Berlində Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə keçirdiyi mətbuat konfransında danışıb.

Şolts qeyd edib ki, Almaniyanın fikri İsrailin HƏMAS-ı məğlub etmək və həmçinin terror fəaliyyətinin davam etməsinə mane olmaq hüququna malik olmasıdır.

Şolts bildirib ki, müharibədən sonra, vəziyyəti iki dövlət düsturuna uyğun həll etmək imkanı var: "Bu, əlbəttə ki, İsrailə hücum etmək və 10 milyon israillinin öz dövlətlərində yaşamasını qadağan etmək istəyən HƏMAS ilə mümkün olmayacaq".