"Almaniyada artıq nüvə enerjisindən istifadə edilməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts "Radio Deutschlandfunk"a açıqlama verib.

Onun sözlərinə görə, illər ərzində nüvə enerjisindən istifadə mərhələli şəkildə ləğv edilib: "Əgər yeni atom elektrik stansiyaları qurmaq istəyirsinizsə, bu 15 il çəkəcək və bunun üçün 15-20 milyard avro vəsait lazımdır. Bərpa olunan enerjiləri genişləndirməklə biz elektrik enerjisinə olan tələbatımızın 80%-ni və tezliklə isə 100%-ni ödəmək istəyirik. Hazırda izlədiyimiz tək yol budur".

 

Gözəl Həşimova