12 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, yeni enerji strategiyamızın müəllifi, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anaraq məzarı önünə əklil və gül dəstələri qoyublar.

İqtisadiyyat.az xəbər verir ki, SOCAR-ın kollektivi, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.