"Sloveniya və Ukrayna humanitar yardım çərçivəsində Kiyevə minalardan təmizləmə üçün 1,5 milyon avro ayırmaq barədə saziş imzalayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin "Telegram" kanalında qeyd edilir ki, müvafiq sənəd Lyublyanada imzalanıb. Vəsaitlər Sloveniya tərəfindən pulsuz olaraq ayrılır.