Şimali Koreya lideri Kim Çen İn dron istehsalının vacibliyinə işarə edib, nüvə arsenalının artırılmasına göstəriş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen İn vurğulayıb ki, 2024-cü ildə nüvə silahının istehsalı planının həyata keçirilməsi üçün "inadkar mübarizə aparılacaq" və istehsalın ardıcıl olaraq artırılmasını təmin etmək üçün etibarlı baza yaradılacaq. 

KXDR lideri "gəmiqayırmada ikinci inqilaba" çağırıb və qeyd edib ki, sualtı və yerüstü donanmanı inkişaf etdirməklə müdafiə qüvvələrinin inkişafı üzrə beş vəzifəni tez bir zamanda yerinə yetirmək lazımdır.

Kim Çen İn müasir müharibənin xüsusiyyətlərinə uyğun olaraq bütün növ pilotsuz uçuş aparatlarının və güclü elektron müharibə sistemlərinin hazırlanması və istehsalının vacibliyini vurğulayıb.