"İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücumda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 qəhrəman yoldaşımız isə yaralanıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd edilib: 

"22 dekabr 2023-cü ildə separatçı terror təşkilatı üzvlərinin İraqın şimalında həyata keçirdikləri hücum və sonrakı təxribatlarda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 qəhrəman yoldaşımız yaralanıb.

Bölgədə separatçı terror təşkilatına qarşı aparılan əməliyyatlar davam edir. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilib. İlkin məlumata görə, 4 terrorçu zərərsizləşdirilib.

Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, şəhidlərimizə Allahdan rəhmət, yaralı personalımıza tezliklə şəfalar diləyirik".