Rəsmi Bakı Qarabağda mövcud olan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri üçün amnistiya tətbiq edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində bildirib.

“Biz hətta keçmiş hərbi qulluqçulara və döyüşçülərə amnistiya veririk və ya bu məsələni nəzərdən keçiririk”, - H.Hacıyev Reuters-ə bildirib.

Hikmət Hacıyev bununla yanaşı, Qarabağdakı ayrı-ayrı silahlı birləşmələrin bəzi üzvlərinin Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini də qeyd edib: "Azərbaycan isə Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir", - H.Hacıyev əlavə edib.