Mərkəzi Bankın məlumatına əsasən, ölkədəki 20 sığorta şirkəti­nin xətti ilə cari ilin yanvar–sentyabr aylarında 937 milyon 238 min manat sığorta haqqı yığılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 faiz çox­dur.

Hesabat dövründə sığorta şirkət­lərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400 milyon 387 min mana­ta bərabər olub. Bu da illik müqayisədə 25,7 faiz çoxdur.